Luka Donçiç bu yay "Los Anceles Leykers" oyunçuları üçün Sloveniyada dörd günlük mini-toplanış keçirəcək.
Offsideplus.az xəbər verir ki, ESPN jurnalisti Deyv Makmenaminin məlumatına görə, avqust ayında baş tutacaq tədbir Kaliforniya klubunun bütün heyətini rəsmi məşqlər başlamazdan əvvəl bir araya gətirəcək. Proqrama basketbol məşqləri, qolf oyunu, Lyublyana şəhərinə ekskursiyalar və komanda ruhunu gücləndirəcək digər fəaliyyətlər daxildir. Yay transferləri nəticəsində heyətdə baş verən ciddi dəyişikliklərdən sonra bu toplanış Donçiç və yeni komanda yoldaşlarının qarşıdakı mövsümə daha yaxşı hazırlaşmasına və qarşılıqlı anlaşmanı artırmasına kömək etməlidir.


