UFC-nin ulduz döyüşçüsü Con Cons Formula 1-in əfsanəvi pilotu Lüis Hamiltonun onu sosial şəbəkədə niyə blokladığını və qorxaq adlandırdığını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Cons 2021-ci ildə helikopterdən donuz ovladığı görüntüləri paylaşdıqdan sonra Hamilton ona uzun bir mesaj göndərib. Həmin vaxt Cons yüngül çəkidəki titulundan imtina edib və ağır çəkiyə keçməyə hazırlaşırdı. O, keçmiş hərbçilərlə birlikdə helikopterdən AR-15 silahı ilə donuz ovladığını və vurduğu heyvanın ətinin aztəminatlı ailəyə bağışlandığını bildirib.

Cons deyib: "Lüis məni helikopterdən donuz vuranda görüb. O, mənə uzun bir mesaj yazdı və məni qorxaq adlandırdı. Dedi ki, heyvanı ənənəvi üsulla, nizə və ya oxla ovlamaq lazımdır. Bildirdi ki, yalnız qorxaq biri heyvanı helikopterdən vurur, heyvana heç olmasa özünü müdafiə etmək imkanı vermək lazımdır".

Cons əlavə edib ki, Hamilton ona cavab verməyə imkan vermədən onu sosial şəbəkədə izləmədən çıxarıb və bloklayıb. "O, məni izləmədən çıxardı və blokladı. Bu, mənim üçün pis oldu, çünki onun azarkeşi idim. Amma o, donuz vurduğuma görə çox məyus oldu. Luis, əgər bunu oxuyursansa, üzr istəyirəm, bir daha belə etmərəm".