MMA-nın ulduz simalarından Con Cons mümkün İslam Maxaçev - İliya Topuriya döyüşü barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, o, bu qarşılaşmada Topuriyanı favorit hesab etdiyini bildirib.
Cons açıqlamasında belə deyib:
"Əgər məndən seçim etməyimi istəsəydilər, Topuriyanı seçərdim. Onun ayaqüstü döyüşü daha güclüdür. İslamın güləşi yaxşıdır, amma Topuriyanın parterdə bacarıqları daha çoxdur. Üstəlik, onun nokaut gücü onu bir qədər üstün edir".
Qeyd edək ki, 15 iyun tarixində Topuriya UFC Freedom 250 turnirinin əsas döyüşündə Castin Geyciyə texniki nokautla uduzub. Maxaçev isə UFC 330-da İan Gerri ilə qarşılaşacaq.


