"Aston Martin"in pilotu Fernando Alonsonun bu gün 45 yaşı tamam olur.

Offsideplus.az xəbər verir ki, ikiqat dünya çempionu Formula 1 tarixində keçirilən Qran-prilərin sayına görə (436) rekordçudur və son 50 ildə çempionatın ən yaşlı sürücüsüdür.

1975-ci ildə digər ikiqat dünya çempionu Qrem Hill 45 yaş 11 ay 11 günlüyündə Braziliya Qran-prisində mübarizə aparmışdı.

Qazanacağı istənilən qələbə Alonsonu 1950-ci illərdən bəri ən yaşlı qalib edəcək. İspaniyalı pilotun cari mövsümdə aktivində 1 xal var.