İngiltərə millisinin sabiq hücumçusu Danni Uelbek karyerasını "Çelsi"də davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, 35 yaşlı futbolçu "Brayton"dan London klubuna transfer olunub. Uelbekin "Çelsi" ilə 2028-ci ilin yayına qədər müqavilə imzalayacağı gözlənilir.
Təcrübəli oyunçu yaxın günlərdə tibbi müayinədən keçəcək.
Bundan əlavə, "Çelsi"nin "Brentford"un yarımmüdafiəçisi Cordan Hendersonu da heyətinə qatacağı bildirilir.


