Bakıda təşkil olunan U-17 dünya çempionatında Azərbaycanın daha 4 yunan-Roma güləşçisi mükafatlar uğrunda mübarizə aparacaq.
Offsideplus.az xəbər verir ki, idmançılarımızdan ikisi qızıl, ikisi isə bürünc medal üçün xalça üzərinə çıxacaq:
Final:
45 kq: Əli Cavadlı – Raylen Vaks (ABŞ)
51 kq: Abdurrahman Hüseynli – Bunyod Hasanov (Özbəkistan)
Bürünc medal və təsəlliverici görüşlər:
60 kq: Elmir Çərkəzov birbaşa 3-cü yer uğrunda qarşılaşmaya qatılacaq.
92 kq: Zöhrab Səfərov bürünc medal şansını saxlayır; o, əvvəlcə təsəlliverici raundda iranlı Amirreza Mehritalarpoşti ilə üz-üzə gələcək.
Qeyd edək ki, yunan-Roma milli komandası artıq 3 medalı aktivinə yazdırıb. İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) isə bürünc mükafata sahib olublar.
Milli Gimnastika Arenasında təşkil olunan mötəbər turnirdə 60-dan artıq ölkəni 700-dək idmançı təmsil edir. Azərbaycan yarışda 29 pəhləvanla mübarizə aparır.


