Draymond Qrin növbəti mövsüm də "Qolden Steyt Uorriors"un heyətində çıxış edəcək.
Offsideplus.az xəbər verir ki, 36 yaşlı təcrübəli forvard klubla 2026/27 mövsümü üçün 27,7 milyon dollar dəyərində 1 illik yeni müqavilə imzalayıb.
Karyerası ərzində 4 dəfə NBA çempionu olan Qrin 2012-ci ildən bu yana bütün mövsümləri "Uorriors"da keçirib.
Ötən mövsüm pley-offa vəsiqə qazana bilməyən Kaliforniya təmsilçisi heyətini Al Horford, Kristaps Porzinqis və Çarlz Bassi kimi oyunçularla gücləndirib.
D. Qrin yeni mövsümdə də Stefen Karri və Cimmi Batlerlə birlikdə Stiv Kerrin əsas oyunçularından biri olacaq.


