"Sabah" ardıcıl 4 qələbə qazanaraq UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə yüksəlib.
Offsideplus.az xəbər verir ki, "bayquşlar" cari mövsüm Azərbaycana ən çox reytinq qazandıran klubdur - 1,000.
Azərbaycan 20 min 687 xalla 26-cı pillədəki yerini qoruyur. 25-ci yerdəki İsrailin 21 min 500, 27-ci sıradakı Slovakiyanın isə 19 min 500 xalı var.
Qeyd edək ki, bütün təmsilçilərimiz avrokuboklarda mübarizəni davam etdirir.


