"Gəncə" basketbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, "sarı-göylər"in sükanı ABŞ-dən olan Martin Knejeviçə tapşırılıb. 47 yaşlı mütəxəssislə 2026/27 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

Mütəxəssis 12 illik peşəkar karyerası ərzində vətənindən başqa 7 müxtəlif ölkədə – Kanada, Danimarka, Rumıniya, Livan, Vyetnam, Meksika və Çində fəaliyyət göstərib.

NBA-də çıxış edən bir çox basketbolçu ilə çalışan Knejeviç, həmçinin "Dallas Maveriks" və "Klivlend Kavalers" kimi klublarda da iş təcrübəsinə malikdir.