Bakıda keçirilən U-17 dünya çempionatında bu gün 4 qadın güləşçimiz xalça üzərinə çıxacaq.
Offsideplus.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan mundialın növbəti yarış günündə təmsilçilərimizin ilk rəqibləri bəlli olub:
1/8 final:
43 kq: Vəfa Orucova – Valia Harsan (Rumıniya)
49 kq: Nəzrin Əhmədli – Madina Bayramova (Almaniya)
Təsnifat mərhələsi:
57 kq: Qaratel Quliyeva – Delya Qisler (İsveçrə)
65 kq: Rəna Nuriyeva – Silviya Espinoza Muniz (Meksika)
Qeyd edək ki, 60-dan çox ölkədən 700-dək idmançının qatıldığı mötəbər turnirdə Azərbaycan ümumilikdə 29 pəhləvanla təmsil olunur.


