Bobbi Portis "Mayami Hit"ə Yannis Antetokunmpo ilə birlikdə transfer olunub. 

Offsideplus.az xəbər verir ki, Portis yeni komandasında 9 nömrəli forma ilə çıxış etmək istəyib və bu məsələni  Pelle Larssonla müzakirə edib.

Larsson ailəsi üçün bu nömrənin xüsusi mənası olduğunu bildirib və nömrəni verməkdən imtina edib. Portis nömrəni almaq üçün pul təklif etsə də, Larsson bu təklifdən də imtina edib.

Portis açıqlamasında deyib: "O dedi ki, bu nömrənin ailəsi üçün sentimental dəyəri var, hamı bu nömrəni geyinib. Pul təklif etdim, amma qəbul etmədi. Düzünü desəm, bu, müsbət məqam ola bilər. 9 nömrəni "Miluoki"də qoyub, yeni başlanğıc etmək lazımdır".