Almaniyanın "Bayern Münhen" klubu Harri Keynlə yeni müqavilə barədə danışıqlara avqust ayında start verəcək.
Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi ingiltərəli hücumçunu heyətdə saxlamaq üçün ona yeni şərtlərlə müqavilə təklif etməyə hazırlaşır.
Danışıqlar yaxın həftələrdə başlanacaq və yekun qərar Keyn və ailəsinə məxsus olacaq.
Hazırda Keynin Münhen təmsilçisi ilə müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.
Ötən mövsüm o, Bundesliqada 31 oyunda 36 qol vuraraq ən məhsuldar futbolçu olub.


