Keçmiş UFC çempionu Con Cons karyerasının zirvəsində həyat tərzi və döyüşlərə hazırlığı barədə səmimi açıqlama verib. O bildirib ki, özünə inamı maksimum səviyyədə olub və bu səbəbdən bəzən hazırlıqsız qəfəsə çıxıb, lakin yenə də qələbə qazanıb.

Offsideplus.az xəbər verir ki, Cons bu barədə belə danışıb: "Özümə inamım ən yüksək həddə idi. Elə bir mərhələyə çatmışdım ki, özümü seçilmiş hesab edirdim, sanki məni Tanrı seçib və taleyimdə heç kimə uduzmaq yoxdur. Bu inamdan sui-istifadə etməyə başladım. Gecələr əylənir, içki içir, rəqiblərimin döyüşlərini az izləyirdim, amma yenə də qalib gəlirdim. Əksər döyüşçülər içki içib, siqaret çəkib, gecələr gəzib, yuxusuz qalaraq uğur qazana bilmir, amma mən bacarırdım. İnsanlar düşünməsin ki, bütün karyeramı əylənməklə keçirmişəm. Həqiqətən də, peşəkar idmançıdan daha çox əylənmişəm, amma işə başlayanda tam ciddi olurdum. Saatlarla döyüş videolarına baxır, öz üzərimdə ciddi işləyirdim".

Cons əlavə edib ki, Aleks Pereyra ilə döyüşmək istəmir, amma onun güləşdə geri qaldığını və istəsəydi, onu asanlıqla yerə salıb boğa biləcəyini vurğulayıb.