UFC-nin yarımorta çəki dərəcəsində keçiriləcək İslam Maxaçev və İan Gerri arasındakı titul qarşılaşmasında Maykl Morales ehtiyat döyüşçü kimi iştirak edəcək.
Offsideplus.az xəbər verir ki, Morales bu barədə açıqlama verib. O bildirib ki, "Mənə dedilər, İan və İslamın döyüşünü gözləməliyəm, sonra isə növbəti mən olacağam. Hazırda məni ehtiyat döyüşçü kimi imzalayıblar. Əgər onlardan biri çəkini yerinə yetirməsə və ya döyüşə çıxa bilməsə, mən qəfəsə çıxacağam. Əks halda, bu titul döyüşünü gözləyəcəyəm və sonra titul uğrunda döyüşəcəyəm. Başqa yol yoxdur".
Qeyd edək ki, UFC 330 turniri 16 avqust gecəsi baş tutacaq və əsas döyüşdə İslam Maxaçev yeni divizionda ilk dəfə kəmərini müdafiə edəcək.


