FİFA prezidenti Canni İnfantino quruma üzv olan 211 milli futbol assosiasiyasına rəsmi məktub göndərərək, Dünya Çempionatının kommersiya hüquqlarının özəl investorlara satılması planı ilə bağlı son qərar üçün 53 gün vaxt tanıyıb.
Offsideplus.az xəbər verir ki, məktubda İnfantino yeni yaradılacaq kommersiya qurumu — "FIFA Forward Enterprise" (FFE) layihəsini dəstəkləyən və rəsmi razılıq verən ölkələrə böyük maliyyə vədləri verib.
-
Planı dəstəkləyənlər:
19 sentyabr 2026-cı il tarixinə qədər layihəyə hə qolu çəkən assosiasiyalar 2027-ci ilin yanvarından etibarən 40 milyon dollar həcmində birbaşa maliyyə dəstəyi alacaqlar. -
İmtina edənlər:
Planı rədd edən və ya dəstəkləməyən federasiyalar isə 75% daha az vəsaitlə kifayətlənməli olacaq və onlara cəmi 10 milyon dollar ayrılacaq.
Dəyəri 20 milyard dollar qiymətləndirilən yeni kommersiya modelinin 20-30%-lik hissəsinin özəl investisiya fondlarına (o cümlədən ABŞ sərmayədarlarına) satılması nəzərdə tutulur. İnfantinonun bu addımı kiçik və kasıb assosiasiyaları öz tərəfinə çəkmək gedişi kimi qiymətləndirilir.
UEFA və bir çox Avropa ölkələrinin futbol federasiyaları İnfantinonun bu təklifini "futbolun ruhunu satmaq" adlandıraraq kəskin şəkildə pisləyiblər.


