"Tottenhem"in sabiq müdafiəçisi Tobi Alderveyreld Harri Keynin "Qızıl top" mükafatını qazana biləcəyi barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Alderveyreld bu barədə belə deyib:

"Məncə, bəli. Əvvəllər "Qızıl top" üçün əsas namizədlər sürətli və texnikalı futbolçular olurdu. Lionel Messi və Kriştiano Ronaldu kimi adlar var idi, amma Harri də çox güclüdür. O, təkcə bombardir deyil, həm də əsl komanda oyunçusudur. Keyn meydanda komandasının oyununu daha yaxşı edir. Hamı deyir ki, o, getdikcə daha çox yarımmüdafiəyə çəkilir, amma onun mövqe seçimi çox yaxşıdır, xüsusilə təzyiq altında və bir az nəfəs almaq lazım olanda. Topu ona ötürəndə bədənindən çox yaxşı istifadə edir. Çox səviyyəli hücumçudur. Düşünürəm ki, o, dünyanın ən yaxşılarından biridir. Çox yönlü futbolçudur".