UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya) – "Qarabağ" cavab oyunu öncəsi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis qarşıdakı vacib görüşlə bağlı fikirlərini bölüşüb:
"Hər iki komanda üçün çox vacib oyundur. İlk matç heç-heçə yekunlaşıb və cavab qarşılaşmasında hər iki tərəf qələbə qazanmaq istəyəcək. Rəqibin iddialı və həvəsli görünməsi bizi daha məsuliyyətli olmağa vadar edir. Demək olar ki, eyni səviyyəli komandalardır. İnanıram ki, azarkeşlər yaxşı oyun izləyəcəklər. Biz də ən yaxşı matçlarımızdan birini keçirməyə çalışacağıq. Qalib gəlmək istəyiriksə, Bakıdakından daha yaxşı oynamalıyıq".
Qeyd edək ki, iyulun 30-da, Vasil Levski adına Milli Stadionda təşkil olunacaq CSKA – "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. İlk qarşılaşmada hesab açılmayıb - 0:0


