Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti komandanın əsas problemləri barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, 2026 Dünya Çempionatının 1/8 finalında Braziliya Norveçə 1:2 hesabı ilə uduzub. Ançelotti bildirib ki, milli komandanın oyun üslubu futbolçuların keyfiyyətlərinə uyğun qurulmalıdır:
"Bizi tənqid edirdilər ki, Norveçdən az topa sahib olduq (34 faiz Norveçə qarşı 66 faiz). Amma futbolçularımız topa nəzarət üzərində qurulan oyuna uyğun deyil. Vinisius, Endrik, Estevao və Rafinia kimi oyunçular olanda topa sahib olmağa ehtiyac yoxdur. Daha çox şaquli futbol oynamaq lazımdır. Oyun üslubu futbolçuların bacarıqlarına əsaslanmalıdır. Əgər gələcəkdə yeni, yüksək səviyyəli yarımmüdafiəçi olsa, əlbəttə, topa nəzarətə əsaslanan futbol oynamaq olar" – deyə Karlo Ançelotti vurğulayıb.


