"Zirə" bu gün Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, Rəşad Sadıqovun komandası saat 20:00-da "Payde" ilə üz-üzə gəlib.
Görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılıb.
Oyunda təmsilçimiz hesabı açsa da, sonradan rəqib 1 qol vuraraq hesabı bərabərləşdirdi və ümumi hesabda önə 2:1 qalib gəldi. Nəticədə "Zirə" avrokuboklarla vidalaşdı.
Qeyd edək ki, bu cütün qalibi olan "Payde" növbəti mərhələdə "Rapid"lə (Avstriya) qarşılaşacaq.
UEFA Konfrans Liqası, II təsnifat mərhələsi
20:00 "Zirə" (Azərbaycan) 1:1 "Payde" (Estoniya) (İlk oyun: 0:1)
Qol: Eren Aydın (5'), Henri Anyer (71')
Baş hakim: Patrik Kolariç (Xorvatiya)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Heyətlər:
"Zirə": 13 Aydın Bayramov, 32 Qismət Əliyev (k), 4 Ruan Renato, 20 İssa Cibrilla, 5 Mutsinzi Anje, 17 Vieyra, 21 Quima, 93 Brahim Konate, 22 Ayxan Hüseynov, 9 Davit Volkov, 7 Eren Aydın.
Ehtiyat oyunçular: 72 Hüseynəli Quliyev, 99 Səlim Həşimov, 2 Amin Seydiyev, 8 İsmayıl İbrahimli, 10 George Papunaşvili, 14 Elçin Əlicanov, 11 Martins Junior, 23.Ajan Smit, 27. Junior Lou, 29 Kris Diqbeu, 57 Yusif Hacıyev, 77 Yeqor Boqomolski.
"Payde": 99. Ebrima Jarju, 27. Nikita Baranov, 3. Viktor Huqo, 7. Edqar Tur, 2. Mikael Lilander, 28. Oskar Haym(k), 10. Martin Miller, 11. Sohna, 77. Daniel Luts, 19. Siim Luts, 30. Badamosi
Ehtiyat oyunçular: 12. Meerits, 56. Sapp, 4. Andrade, 6. Daniel Kabral, 8. Oyamaa, 9. Anier, 14. Yobarte, 17. Çam, 20. Piht, 21. Smirnov, 24. Niqula


