"Nyukasl Yunayted"in baş məşqçisi Eddi Hau klubdan ayrılmaq qərarı verib.

Offsideplus.az "Atletik" nəşrinə istinadən xəbər verir ki, tərəflər əvvəlcə əməkdaşlığı davam etdirməyi planlaşdırsa da, 48 yaşlı mütəxəssis rəhbərliyə məşqçilik fəaliyyətinə fasilə vermək istədiyini bildirib.

Beləliklə, o, 5 ildən sonra "Nyukasl"la yollarını ayıracaq.

İddialara əsasən, İngiltərə klubu Haunun əvəzləyicisi kimi hazırda "Əl-Əhli"ni çalışdıran Mattias Yaissle ilə razılığa gəlməyə yaxındır.