Niderlandlı mütəxəssis Arne Slot "Nyukasl" klubuna baş məşqçi təyin oluna bilər.

Offsideplus.az xəbər verir ki, jurnalist Ben Ceykobsun məlumatına görə, Slot hazırda "Al-Ahli"nin də namizədləri arasında olsa da, Avropa klubuna üstünlük verir. Qeyd edək ki, "Nyukasl"ın hazırkı baş məşqçisi Eddi Hau yaxın vaxtlarda postunu tərk edəcək. Slot ötən mövsümün sonunda "Liverpul"dan ayrılıb və 2024/25 mövsümündə Premyer Liqada çempionluq yaşayıb.