Fransalı müdafiəçi Maksans Lakrua "Çelsi"yə transferi ilə bağlı fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı futbolçu klubun rəsmi media orqanına açıqlamasında bu addımın onun üçün ən doğru seçim olduğunu bildirib:
"Düşünürəm ki, bu, mənim üçün ən yaxşı addımdır, çünki "Çelsi" dünyanın ən yaxşı klubudur. Məndən əvvəl Mallo Güsto, Trevo Çaloba və Benoa Badyaşil ilə danışdım. İnsanlar bu klub haqqında yaxşı sözlər deyirlər, çünki onun zəngin tarixi var və mən artıq bu ailənin bir hissəsi olduğum üçün qürur duyuram. Baş məşqçi Alonsonun özü ilə də telefonla danışdım. Taktika və onun futbola baxışı barədə söhbət etdik. Əsas odur ki, onunla futbol barədə danışmaqdan məmnun oldum və gördüm ki, klubla bağlı baxışlarımız və məqsədlərimiz üst-üstə düşür. Həmçinin Fransa millisində tanıdığım və hazırda "Çelsi"də çıxış edən futbolçular, o cümlədən Mallo mənə dedilər ki, bu, keçə biləcəyim ən yaxşı klubdur. Ona görə də artıq qərarımı verdim və çox düşünməyə ehtiyac duymadım. Bütün bu söhbətlərdən sonra öz-özümə dedim ki, bu, mənim üçün ən yaxşı irəliləyişdir".


