"Sabah" və "Orhus" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi matçının hakimləri bəlli olub.
Offsideplus.az xəbər verir ki, 5 avqustda oynanılacaq görüş Portuqaliyadan olan hakimlər briqadasına həvalə olunub.
Matçın baş hakimi Juan Pineyruyadır. Ona Lusiano Maria və Hüqo Markes kömək edəcək. Dördüncü hakim funksiyasını Fabio Verissimo yerinə yetirəcək.
Görüşün VAR hakimi Tyaqu Martins, AVAR hakimi isə Andre Narkiso olacaq.
Qeyd edək ki, cavab matçı avqustun 11-də Bakıda keçiriləcək.


