FIFA-nın prezidenti dəyişə bilər.

Offsideplus.az "Telegraph" nəşrinə istinadən xəbər verir ki, UEFA Qətər İdman İnvestisiyası və PSJ klubunun prezidenti Nasser Əl-Xelafinin Canni İnfantinonu bu vəzifədə əvəzləməsini istəyir. Avropa futbolunun liderləri də Əl-Xelafinin İnfantinoya meydan oxumasını təklif edir. 

Gələn il keçiriləcək prezident seçkilərində klub prezidentinin 56 yaşlı funksioneri üstələyəcəyi gözlənilir.

Qeyd edək ki, FİFA dünya çempionatının paylarını özəl investorlara satmağı planlaşdırır. UEFA isə bu plana qarşıdır və bir çox Avropa ölkələrinin futbol federasiyaları ilə birlikdə İnfantinonun bu təklifini kəskin şəkildə tənqid edirlər.