"Real Madrid"in müdafiəçisi Raul Asensio sıradan çıxıb.
Offsideplus.az xəbər verir ki, klubun yaydığı məlumata görə, ispaniyalı futbolçu tibbi müayinələrdən keçib və onda əzələ zədəsi aşkarlanıb. Asensionun təxminən 6 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Bu səbəbdən 22 yaşlı müdafiəçi mövsümün ilk həftələrində "Real Madrid"ə kömək edə bilməyəcək.


