"Real Madrid" klubunda ayrılıq yaşanır.

Offsideplus.az xəbər verir ki, "Fulhem" və "Real Madrid" Qonzalo Qarsiyanın transferi ilə bağlı razılığa gəlib. Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb. 

Razılaşmanın şərtlərinə əsasən, London təmsilçisi ispaniyalı hücumçu üçün 40 milyon avro sabit məbləğ ödəyəcək. Müqavilədə əlavə olaraq 2 milyon avro bonus, futbolçunun növbəti transferindən 30 faiz payın "Real Madrid"ə məxsus olması və Madrid klubunun gələcəkdə oyunçunu geri almaq hüququ da yer alıb.

Transferin yaxın vaxtlarda rəsmən açıqlanması gözlənilir.