Slovakiya təmsilçisi "Slovan" (Bratislava) baş məşqçi postunu Yaya Tureyə tapşırıb.
Offsideplus.az xəbər verir ki, klubun rəsmi açıqlamasında 43 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalandığı bildirilib.
Kot-d'İvuarlı sabiq futbolçu oyunçu karyerasını 2020-ci ildə Çinin "Çindao Huanqhay" klubunda başa vurub. O, yaşıl meydanlarla vidalaşdıqdan sonra "Olimpik Donetsk", "Axmat Qrozni", "Standart Lyej" klublarında və Səudiyyə Ərəbistanı millisinə köməkçi məşqçi kimi fəaliyyət göstərib.
"Slovan"dakı təyinat Yaya Turenin baş məşqçi kimi ilk müstəqil təcrübəsi olacaq.


