Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti dünya çempionatının C qrupunun açılış matçında Mərakeşlə 1:1 hesablı heç-heçəni şərh edib.
Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssis komandasının oyununu yaxşılaşdırmalı olduğunu etiraf edib:
"Yaxşı oynamadıq. Heyətdə balans yox idi, çoxlu top itkilərinə yol verdik və gərgin idik. Bu mənada, mütləq daha yaxşı çıxış etməliyik. Amma bu nəticəyə görə məyus da deyiləm, razı da deyiləm. Unutmaq olmaz ki, dünya çempionatı ilk oyundakı nəticə ilə qazanılmır".
Nyu-Cersidə keçirilən qarşılaşmada hesabı 21-ci dəfədə Mərakeş millisi açıb. İsmail Saybari sürətli əks-hücum zamanı Brahim Diasın ötürməsini qolla tamamlayıb. "Sambaçılar"ın bərabərlik qolunu isə 32-ci dəqiqədə Vinisius Junior vurub. O, sol cinahdan mərkəzə doğru qət edərək topu uzaq doqquzluğa göndərib.
Ançelotti ikinci hissədə edilən əvəzetmələrdən sonra komandanın oyununda canlanma yarandığını, lakin Mərakeşin sıx müdafiə səddini yara bilmədiklərini qeyd edib. Təcrübəli mütəxəssis turnir ərzində start heyətdə dəyişikliklər edəcəyini də vurğulayıb.
Qeyd edək ki, Braziliya yığması növbəti matçını gələn həftənin cümə günü Haiti komandasına qarşı keçirəcək.


