Azərbaycanın 3x3 basketbol üzrə kişi və qadın yığmaları Avropa kubokunun seçmə mərhələsində növbəti oyunlarına çıxırlar.

Offsideplus.az xəbər verir ki, Kosovonun paytaxtı Priştinada keçirilən turnirdə hər iki komandamız bu gün yarımfinal turnirində qüvvəsini sınayacaq.

Qadınlardan ibarət milli komandamız finala gedən yolda turnirin ev sahibi Kosovo ilə qarşılaşacaq. Bu görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Kişi basketbolçularımız isə yarımfinalda Kipr seçməsi ilə üz-üzə gələcəklər. Komandamızın final uğrunda mübarizəsinə saat 19:00-da start veriləcək.

Komandalarımızın yarımfinala qədərki yolu isə belədir:

Kişi millisi: Qrup mərhələsində gərgin mübarizə şəraitində keçən oyunlarda "Malta" (18:16) və "San-Marino" (21:20) yığmalarını üstələyib, "Albaniya"ya isə minimal fərqlə uduzub (20:21).

Qadın millisi: Qrupda inamlı təsir bağışlayan komandamız hər iki rəqibini — "Kipr"i (16:10) və "Malta"nı (15:14) məğlub edərək yarımfinala yüksəlib.