Ceylen Bransonun 45 xallıq möhtəşəm oyunu "Nyu-York Niks"i 53 ildən sonra ilk NBA çempionluğuna çatdırıb.
Offsideplus.az xəbər verir ki, final seriyasının 5-ci oyununda "San-Antonio Spörs"ü 94:90 hesabı ilə məğlub edən "Niks" seriyanı qələbə ilə başa vurub.
İlk hissədəki uğursuz hücumlardan sonra oyunun axarını dəyişən Branson, 45 xalından 29-unu məhz ikinci hissədə qazandırıb və komandasını çempionluğa daşıyıb.
Bu performansla Branson "Niks" tarixində NBA finallarında bir oyunda ən çox xal toplayan basketbolçu olub və final mərhələsinin ən dəyərli oyunçusu (MVP) seçilib.
O, həmçinin Maykl Cordan, Cerri Vest, Kobi Brayant, Ceyms Harden və Allen Ayverson kimi əfsanələrin sırasına qoşularaq, pley-off mərhələsində 10 və daha çox oyunda 40 xal həddini keçən basketbolçulardan biri olub.


