Azərbaycanın 8 gənc şahmatçısı İtaliyanın Montesilvano şəhərində start götürəcək yeniyetmələr arasında dünya çempionatında ölkəmizi təmsil edəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Şahmat Federasiyası yayıb.
Mötəbər turnirdə komandamız məşqçi Fərid Abbasovun rəhbərliyi altında aşağıdakı heyətlə gücünü sınayacaq:
Xaqan Əhməd, Tunar Davudov, Fərid Orucov, Paşam Əlizadə, Şəmsi Qaraxanov, Nərmin Abdinova, Lalə Hüseynova və Zəhra Allahverdi.
Ümumilikdə 86 ölkənin qatılacağı dünya birinciliyində şahmatçılar 14, 16 və 18 yaş kateqoriyalarında rəqabət aparacaqlar. Turnirin ilk turunun partiyaları sabah start götürəcək.
Qeyd edək ki, Montesilvanodakı dünya çempionatına iyunun 26-da yekun vurulacaq.


