Azərbaycanlı müğənni Aynur Yusifova Türkiyə və Özbəkistana dəstək məqsədilə “Sizinlədir Azərbaycan” adlı mahnı oxuyub.
Mahnı Azərbaycanla yanaşı Türkiyə və Özbəkistanda da böyük maraqla qarşılanıb.
Müğənni yeni layihəsi ilə bağlı açıqlamasında deyib:
“Türk dünyası tarixdə ilk dəfə olaraq Futbol üzrə Dünya Çempionatında iki ölkə ilə – Türkiyə və Özbəkistanla təmsil olunur.
Bu əlamətdar hadisə münasibətilə “Azxəbər Media” ilə bərabər qardaş ölkələrimizə dəstək məqsədilə “Sizinlədir Azərbaycan” adlı layihə hazırladıq.
Qeyd edim ki, bu layihə Özbəkistanın “Bojalar” qrupunun yığma komandalarına dəstək məqsədilə hazırladıqları layihədən təsirlənərək həyata keçirilib.
Mahnının bəstəkarı Otobek Mirzaholov, rejissoru Rüfət Adampara, mix-masteri Rasim Əsgərov, montaj üzrə işi isə Nicat Nazimə aiddir.
Bu layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edirəm.
Qardaş Türkiyə və Özbəkistana Dünya Çempionatında uğurlar və parlaq qələbələr diləyirik!"
Həmin ifanı təqdim edirik:


