Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadə (95 kq) "GLORY Qran-pri" turnirində döyüşə çıxıb.

Offsideplus.az xəbər verir ki, Rotterdamda (Niderland) baş tutan turnirin 1/4 final mərhələsi çərçivəsində rəqibi ilə qarşılaşan Rəcəbzadə mərakeşli Mohamed Tuşassiyə məğlub olub.

Mərakeşli döyüşçü hakimlərin ortaq qərarı ilə (29:28) qalib gəlib.