"San Antonio Spörs"ün mərkəz oyunçusu Viktor Vembanyama "Nyu-York Niks"ə 1:4 hesabı ilə uduzduqları NBA final seriyasını dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, gənc ulduz bu məğlubiyyətdən böyük təcrübə qazandığını və növbəti mövsüm yenidən çempionluq üçün mübarizə aparacağını bildirib:

"Bu, həyatımın ən mühüm dərsi və ən dəyərli təcrübəsidir. Əvvəllər buna bənzər heç nə yaşamamışdım. Hazırda həyatımda olmadığı qədər çox şey öyrənirəm. Finalda uduzmaq ağrılıdır, amma mən gizlənmirəm, bu uğursuzluğu gələcək üçün bir enerji mənbəyinə çevirəcəm. Son 18 ay mənim üçün dərslərlə dolu və çətin keçdi. Bir pley-offdan, bir mövsümdən bundan daha çox təcrübə qazanmaq qeyri-mümkün idi.

Növbəti finala qədər hələ bəlkə də 100 oyun keçirməli olduğumu düşünəndə dəli oluram. Amma emosiyalarımı cilovlamalı, bir qədər yavaşlamalı, addım-addım o 100 oyunu keçib yenidən bu fürsəti gözləməliyəm".