Sabah Dünya Çempionatında D qrupunun növbəti qarşılaşması keçiriləcək.

Ölkəmizdə bir çox futbol izləyicilərinin azarkeşlik edəcəyi Türkiyə Avstraliya seçməsi ilə qarşılaşacaq.

Çempionatımızdakı yeganə türkiyəli futbolçu Eren Aydın Türkiyə millisinin mundialdakı potensialı və hara qədər irəliləyə biləcəyi haqda Offsideplus.az-a açıqlama verib:

“Türkiyənin Dünya Çempionatına vəsiqə qazanması belə özlüyündə çox önəmli uğurdur. Heyətin keyfiyyətinə və komandanın potensialına baxanda, məncə, 1/4 final real hədəf hesab oluna bilər. DÇ-də hər oyun təbii ki, çox çətin keçir, amma Türkiyə düzgün oyun nümayiş etdirib özünəinamla çıxış etdikdə, böyük komandalara qarşı da uğurlu nəticələr əldə edə biləcək gücə malikdir. Ümid edirəm ki, komanda gözləntiləri doğruldacaq və ölkəni qürurlandıracaq turnir keçirəcək”.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə 08:00-da açılacaq.