İsveç millisinin və "Brayton"un yarımmüdafiəçisi Yasin Ayari DÇ-2026-dakı debütündə Tunisə qarşı keçirilən və 5:1 hesabı ilə başa çatan matçda dubl edib.
Offsideplus.az xəbər verir ki, 22 yaşlı futbolçu qarşılaşmanın 7-ci dəqiqəsində vurduğu ilk qolu qeyd etməkdən imtina edib. O, bunu vaxtilə formasını geyinməkdən imtina etdiyi Tunisə və bu ölkədən olan atası Əzzuza hörmət əlaməti olaraq etdiyini bildirib:
"Bu, təsvir edilməz bir hissdir. Tunisə qarşı oynamaq mənim üçün çox emosional idi, onlara qarşı böyük sevgim var".
Matçın son saniyələrində komandasının 5-ci qoluna imza atan Ayari bu dəfə sevincini gizlətməyib. Komandaya olan tənqidlərə cavab verən gənc oyunçu, "Heç kim bizə inanmayanda, biz bütöv bir komanda olaraq bir-birimizə daxildən inandıq" deyə vurğulayıb.


