İspaniyalı futbolçu Rafa Mirin məhkəmə prosesində yekun qərar verilib. 

Offsideplus.az xəbər verir ki,  o, ümumilikdə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hücumçu cinsi təcavüz və bədən xəsarəti yetirməkdə təqsirli bilinib. Məhkəmənin çıxardığı hökmün detalları da bəlli olub.

Belə ki, Rafa Mir cinsi təcavüzə görə 7 il, qarşı tərəfə bədən xəsarəti yetirdiyinə görə isə əlavə 18 ay (1 il yarım) həbs cəzası alıb.