Məmməd Hüseynov "Kəpəz"dən ayrılıb.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı qapıçı bundan sonra "Şəfa"nın uğurları üçün çalışacaq.

Bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

M. Hüseynov yeni klubu ilə bir illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Qarabağ"ın yetirməsi olan Məmməd Hüseynov Gəncə təmsilçisindən başqa "Zirə"də də çıxış edib.