Niderland millisinin müdafiəçisi Vircil van Deyk Yaponiya ilə bərabərə qaldıqları (2:2) matçdan sonra DÇ-2026-dakı su fasilələri barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçu bunları söyləyib:

"Məncə, su fasilələri ilə bağlı vəziyyət çox maraqlı görünür. Dünya çempionatının demək olar ki, bütün oyunlarını izləmişəm. Hər dəfə bu kommersiya fasilələrinin başlaması xoşuma gəlmirdi. Hesab edirəm ki, oyunları televiziyadan izləyən neytral azarkeşlər üçün də bu, xoş deyil. Əgər çöldə həqiqətən çox istidirsə, belə fasilələrin olması pis olmazdı, lakin hər matça fərdi yanaşmaq lazımdır. Güman edirəm ki, bu mövzuda artıq kifayət qədər danışdım".