Ötən mövsümün yarısını icarə əsasında "Qəbələ"də keçirən Rza Cəfərov yenidən "Neftçi"yə qayıdıb.
Rzanın gələcəyini Offsideplus.az-a şərh edən veteran qapıçı, hazırda məşqçi kimi fəaliyyət göstərən Kamal Bayramov gənc həmkarına məsləhətlərini bölüşüb:
"Rza "Qəbələ"yə getməklə doğru qərar verdi, yaxşı oynadı. Onun "Neftçi"də rəqabətdə uduzduğunu düşünmürəm. Emil Balayevin yüksək performansı Kenan Piriçi də sıradan çıxardı. Müxtəlif ölkələrdə oynamış qapıçının "Neftçi"yə xeyri dəymədi, hətta əksinə oldu. Rza rəqabətdən qaçmaz. Piriç "çərçivə"yə qayıtsa, düzgün olmaz. Klubdaxili məsələlərdən, məşqçi fikirlərindən xəbərimiz yoxdur deyə dəqiq heç nə demək olmur. Rza Avropaya getsə, bizi sevindirərdi. Yaxşı təklifi olsa, niyə də getməsin? Çempionat başlayanda məşqçilər özlərini uçuruma aparan qərar vermişdilər - Rzanı ehtiyatda saxlamışdılar. Sonra sübut olundu ki, ad o qədər də önəmli deyil".


