Formula 1-də mövsümün 7-ci Qran-prisi baş tutub.
Offsideplus.az xəbər verir ki, budəfəki yarış Barselonada (İspaniya) baş tutub.
Yarışa 2-ci sırada başlayan Lyuis Hemilton finişə hamıdan tez çatıb.
O, "Ferrari" ilə ilk qələbəsini qazanıb.
2-ci yeri "Mersedes"dən Corc Rassell, 3-cü yeri isə son çempion Lando Norris ("Maklaren") tutub.
Çempionatın lideri Kimi Antonelli maşındakı nasazlığa görə yarışı başa vura bilməyib.


