"Aston Martin"in pilotu Fernando Alonso Formula 1-də bolidin rolundan danışarkən Maks Ferstappen və komanda yoldaşı Lens Strollu nümunə çəkib.
Offsideplus.az xəbər verir ki, təcrübəli sürücü bunları söyləyib:
"Formula 1 belə qurulub. Maks Ferstappen hazırda çempionatın ən yaxşı pilotudur, amma maşından asılı olaraq bu il 5-ci və ya 6-cı da ola bilər".
Komanda yoldaşım Lens Stroll bununla bağlı maraqlı bir hadisə danışır. O, karyerasının ilk illərində "Uilyams" və "Fors İndiya"da çıxış edərkən həmişə son sıralarda qərarlaşırdı. Lakin 2020-ci ildə komandada "çəhrayı Mersedes" ləqəbli yeni bolid peyda oldu. Lens Macarıstan Qran-prisində əvvəlki illə müqayisədə nəticəsini 3,5 saniyə yaxşılaşdıraraq 19-cu yer əvəzinə 3-cü sıranı tutdu. Mətbuat konfransında ondan qışda nəyi dəyişdiyini soruşduqda, Lens belə cavab verdi: "Mən heç nəyi dəyişməmişəm. Sadəcə, indi altımdakı maşın Hamiltonla Bottasın sürdüyü maşındır".
Bu, hər şeyi izah edir. Əgər o vaxt sıralama turunun elə ilk mərhələsində mübarizəni dayandıran pilotlara Hamiltonla Bottasın "Mersedes"ini versəydilər, onlar da hər yarış podiuma çıxardılar".


