"Ağ Ev"in ərazisində təşkil olunacaq "UFC Freedom 250" tədbiri iyunun 14-dən 15-nə keçən gecə baş tutacaq.

Offsideplus.az xəbər verir ki, gecənin əsas döyüşündə İliya Topuriya (17-0) və Castin Ceyci (27-5) yüngül çəki dərəcəsində çempionluq kəməri uğrunda üz-üzə gələcəklər.

Tədbirin ikinci əsas qarşıdurmasında isə ağır çəkidə müvəqqəti çempionluq kəməri uğrunda Aleks Pereyra (13-3) və Siril Qan (13-2) arasında baş tutacaq.

Döyüş kartında daha 5 qarşılaşma yer alıb:

Şon O’Melli (19-3) – Aymann Zahabi (14-2);

Maurisio Ruffi (13-2) – Maykl Çendler (23-10);

Bo Nikal (8-1) – Kayl Dokas (17-4);

Dieqo Lopes (27-8) – Stiv Qarsiya (19-5);

Derrik Lyuis (29-13) – Coş Hokit (9-0).

Döyüşlər Bakı vaxtı ilə saat 04:00-da start götürəcək.