"Real Madrid" klubu heyətinə yeni futbolçu cəlb etməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, "Kral klubu" Mark Kukurelya ilə şifahi razılıq əldə edib. Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
İspan müdafiəçi Joze Mourinyonun heyətində görmək istədiyi oyunçudur. Kukurelya "Çelsi" klubundan DÇ-2026-dan sonra ayrılaraq, "Real Madrid"ə transfer olunacaq. Müqavilənin müddəti 6 illik olacaq. Madrid təmsilçisi bu keçid üçün "Çelsi"yə 60 milyon avro ödəniş edəcək.


