Kosovonun paytaxtı Priştinada keçirilən 3x3 basketbol üzrə Avropa kubokunun seçmə mərhələsi davam edir.
Offsideplus.az xəbər verir ki, qadın millimiz yarımfinalda Kosovo ilə qarşılaşıb. Qızlar rəqibinə 21:5 hesabı ilə qalib gələrək FIBA 3x3 Avropa Kuboku 2026-nın seçmə mərhələsində finala yüksəlib.
Final matçı saat 20:05-də başlayacaq.


