"Real Madrid"də Niko Pasın bu yay Madrid klubuna geri dönməyəcəyi dəqiqləşib.
Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, "kral klubu" gənc oyunçunun transfer hüquqlarına sahib olsa da, cari yay transfer pəncərəsində gerialma bəndindən istifadə etmək niyyətində deyil.
Madrid təmsilçisi futbolçunun hazırkı komandasındakı inkişafını və oyun praktikasını davam etdirməsini daha məqsədəuyğun hesab edir.
Qeyd edək ki, "Real Madrid" rəhbərliyi gələcəkdə istedadlı futbolçunu yenidən heyətə qatmaq variantını tamamilə istisna etmir və onun çıxışını yaxından izləməyə davam edir.


