Cənubi Koreya milli komandası və media arasında əlaqələr dayandırılıb.

Offsideplus.az xəbər verir ki, buna ölkə mediasından bir neçə jurnalistin kapitan Son Hın-minin əsgərliyə getməməsi barədə istehzalı fikirlər səsləndirdiyi audioyazının yayılması səbəb olub.

Bu hadisədən sonra milli komanda futbolçuları ölkə mediası ilə əlaqələri dayandırmaq qərarına gəlib. Çexiyaya qarşı qələbədən sonra Son daxil olmaqla futbolçular jurnalistlərin bütün suallarını cavabsız qoyub. Bundan əlavə, Koreya Futbol Federasiyası əvvəlcədən planlaşdırılmış fərdi müsahibələri də ləğv edib.

Münaqişə səbəbindən Koreya Futbol Federasiyası Dünya Çempionatını işıqlandırmaq üçün komandayla birlikdə gedən media nümayəndələrini açıq şəkildə qınayıb.

Həmçinin nümayəndə heyətinin mətbuat xidmətinin rəhbəri jurnalistlərin davranışına nəzarət edə bilmədiyinə görə məsuliyyəti üzərinə götürərək istefa verib.