Bu gün UEFA Çempionlar Liqasında 2026/2027 mövsümünün I təsnifat mərhələsinin püşkü atılıb.

Offsideplus.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 18:00-da baş tutub.

"Sabah"ın da rəqibi bu gün bəlli olub: "Bayquşlar"ın bu raunddakı rəqibi Uelsin TNS komandası olacaq. 

Qeyd edək ki, I təsnifat mərhələsinin qarşılaşmaları iyulun 7-8-i və 14-15-də oynanılacaq.