“Bornmut” futbolçusu Rayan Kristi ilə yeni müqavilə imzalayıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi ilə müqavilənin müddəti 2029-cu ilin yayına qədər uzadılıb.
Qeyd edək ki, Kristi 2021-ci ildən “Bornmut”da forma geyinir.


