Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti ulduz futbolçu Neymarın şənbə gecəsi Mərakeşə qarşı keçiriləcək DÇ-2026-nın debüt matçına hazır olmadığını təsdiqləyib.
Offsideplus.az xəbər verir ki, 34 yaşlı hücumçu 2023-cü ilin oktyabrında Uruqvayla yoldaşlıq oyununda dizinin çarpaz bağları qopduqdan sonra ilk dəfə məhz Dünya Çempionatı üçün Braziliya yığmasına dəvət almışdı.
Neymar turnirin başlamasına cəmi bir neçə həftə qalmış baldırından zədə alsa da, Ançelotti onu heyətdə saxlamaq qərarına gəlmişdi. Qrupun ən çətin qarşılaşması sayılan Mərakeş oyunu öncəsi danışan təcrübəli mütəxəssis Neymarın hələ də tam sağalmadığını bildirib:
"O, mümkün qədər tez sıraya dönmək üçün çox çalışır. Ümid edirik ki, gələn həftə komanda ilə birlikdə tam məşqlərə başlaya biləcək".


